
“Sabah” Misli Premyer Liqasının XXXII turunda “Şamaxı”nı qəbul edib.
Apasport.az xəbər verir ki, Bakı klubu Aleksey Kaşukun 8-ci dəqiqədəki qolu ilə 1:0 hesablı qələbə qazanıb.
Bu, ukraynalı legionerin cari mövsüm rəqib qapısından keçirdiyi 15-ci top olub. Kaşuk bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran ukraynalı futbolçu adına şərik çıxıb.
O, Leonid Kalfaya məxsus rekordu təkrarlayıb. “Neftçi”də çıxış etmiş ukraynalı 1998/99 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. Kalfa həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15-ə çatıb.
Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/09) yer alıb.
- "Neftçi"dən azarkeşləri üçün jest
- "Şamaxı" İdarə Heyətinin sədri: "Problemlərimiz var, bunları gizlətmirik"
- "Çelsi" və "Barselona"nın 17 yaşlı braziliyalı arzusu
- 33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Azərbaycan millisi İsveç yığması ilə indiyədək 4 dəfə qarşılaşıb - Statistika