"Mançester Siti"nin belçikalı futbolçusu Kevin de Bruyne İngiltərə Premyer Liqasında 100-cü qol ötürməsini verib.
Apasport.az xəbər verir ki, o bu göstərici ilə Premyer Liqada 5-ci assist müəllifi olub.
İlk sırada Rayan Qiqz gedir. Uelsli "Mançester Yunayted"də oynadığı dövrdə 162 belə ötürmə verib. İspaniyalı Sesk Fabreqas (111), Veyn Runi (103) və Frank Lempard (102) hazırda Belçika millisindən öndədirlər. Ancaq de Bruynenin azı ilk 3 futbolçunu keçmək imkanı var.
Qeyd edək ki, "Mançester Siti" bu gün İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində səfərdə "Sauthempton"u 4:1 məğlub edib. 45-ci dəqiqədə məhz Kevin de Bruynenin qol ötürməsindən sonra Arlinq Holan hesabı açıb.
- Millimiz Ermənistanı məğlub etdi - 1/4 finala yüksəldi
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
- “Fənərbaxça”dan “Kocaelispor”a
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”