![“Fənərbaxça”dan “Frayburq”a qədər: 600-cü qolu buraxdıq - STATİSTİKA](https://ww3.apasport.az/storage/news/2022/september/09/big/631ae6ec374a5631ae6ec374a61662707436631ae6ec3749f631ae6ec374a2.jpg)
Azərbaycan klubları avrokuboklar tarixində 600-cü qolu buraxıb.
Apasport.az saytının məlumatına görə, bu xoşagəlməz yubiley Avropa Liqasının “Frayburq” – “Qarabağ” matçına təsadüf edib.
2:1 hesablı qələbə qazanan Almaniya təmsilçisinin ikinci qolunun müəllifi Ritsu Doan Azərbaycan komandalarını 600-cü dəfə topu tordan çıxarmağa məcbur edib. Klublarımız bu rəqəmə 407-ci qarşılaşmada çatıb. Futbolçularımız indiyədək buraxılan 600 qola 402 dəfə cavab verə bilib.
Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda buraxdığı ilk qolun müəllifi türkiyəli Bülənt Uyğun olub. O, 1994-cü il avqustun 9-da keçirilən “Fənərbaxça” – “Turan” görüşünün (5:0) 16-cı dəqiqəsində hesabı açıb.