![Haaland Çempionlar Liqasının tarixinə düşdü](https://ww3.apasport.az/storage/news/2023/march/15/big/641162b07fb89641162b07fb8a1678860976641162b07fb87641162b07fb88.png)
Erlinq Haaland adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu 1/8 final mərhələsində penta-trik edən üçüncü oyunçu olub.
Norveç millisinin 22 yaşlı futbolçusu “Leypsiq”lə (7:0) cavab oyununda 5 qol vurub.
Ondan öncə Lionel Messi 2012-ci ilin martında "Barselona" və "Bayer" arasında keçirilən pley-offun ilk turunda, Luis Adriano isə 2014-cü ilin oktyabrında "Şaxtyor" və BATE arasında qrup mərhələsindəki görüşdə penta-trik etməyi bacarmışdı.
Qeyd edək ki, bu mövsüm qitənin bir nömrəli klub turnirində 6 oyun keçirən Haaland 10 qol vurub.