![Messi və Mbappe üçün YUBİLEYLƏR](https://ww3.apasport.az/storage/news/2023/february/27/big/63fc65c1bacd663fc65c1bacd7167748550563fc65c1bacd463fc65c1bacd5.png)
“Marsel” – PSJ matçı Lionel Messi və Kilian Mbappe üçün əlamətdar olub.
Apasport. az saytı xəbər verir ki, Fransa Liqa 1-inin hesabat turunda ikinci qolun müəllifi olan argentinalı superulduz klub karyerasında vurduğu topların sayını 700-ə çatdırıb.
Messi PSJ-də 28, “Barselona”da isə 672 qol vurub. 35 yaşlı oyunçuya bu qol həddinə çatmaq üçün 840 oyunda iştirak etmək kifayət edib.
Paris klubunun hücumçusu Klian Mbappe isə “Marsel” ilə görüşdə “dubl” edərək PSJ-nin heyətində 200-cü dəfə fərqlənib. 24 yaşlı futbolçu bununla da komandanın ən çox qol vurmuş oyunçusu Edinson Kavani (200 qol) ilə qolların sayını bərabərləşdirib.
Qeyd edək ki, “Marsel” – PSJ matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.