Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreyaya səfər edib
04.06.2025 - 12:54
Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreyaya səfər edib

Azərbaycan Taekvondo Federasiyasının Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pohang şəhərinə səfər edib.

Apasport.az xəbər verir ki, səfər çərçivəsində Pohang Taekvondo Federasiyası, Pohang İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilmiş, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.