
“Seltik” Ange Postekoğludan boşalan baş məşqçi vəzifəsinə axtarışlarını davam etdirir.
Apasport.az saytı xəbər verir ki, Brendan Rocersin Şotlandiya klubuna dönüşü gözlənilir.
Rocers 2016-2019-cu illərdə komandaya rəhbərlik edib. Onun başçılığı ilə “Seltik” üç dəfə ölkə çempionu titulunu qazanıb. Komanda 50 yaşlı mütəxəssislə Şotlandiya və Liqa kuboklarında da uğurlara nail olub.
Qeyd edəki ki, Rojersin son iş yeri “Lester” olub. O, bu ilin aprelində komandadan azad olunub. Təcrübəli mütəxəssis “Liverpul”, “Uotford”, “Redinq”, “Suonsi” kimi ingilis klublarında da çalışıb.
- Rövnəq Abdullayevin səhhətində problem yarandı - İcraiyyə Komitəsinin iclası təxirə salındı
- Millimizin oyun təqvimi müəyyənləşib
- Rusiya millisinin oyununu türkiyəli hakimlər idarə edəcək
- Millimiz “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununa çıxacaq
- "Beşiktaş"ın ulduz futbolçusu millinin şəraitini bəyənmədiyi üçün komandasından ayrılıb