Parataekvondoçumuz Olimpiadanın finalına yüksəlib
30.08.2024 - 21:35
![Parataekvondoçumuz Olimpiadanın finalına yüksəlib](https://ww3.apasport.az/storage/news/2024/august/30/big/66d203020a38b66d203020a38c172503936266d203020a38966d203020a38a.jpg)
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.
0
0