Taekvondo millimizdən 3 medal
22.09.2025 - 11:04
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində çıxış ediblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıblar.
Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Millimizin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.
- “Genk”in sabiq futbolçusu “Zirə”də
- Avrokuboklarda ən çox oyun keçirən məşqçilər: Qurban Qurbanov ilk sıralarda
- Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli oldu
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub
- İngiltərə klubu Qabon millisinin futbolçusunu transfer etdi
0
0