III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
30.09.2024 - 10:58
2010-cu ildə Super Liqada çempion olan "Bursaspor" iki həftə əvvəl qırdığı TFF 3-cü Liqasının azarkeş rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, "Muşspor"la qarşılaşmanı (0:0) 43 min 160 azarkeş izləyib.
2 həftə əvvəl "yaşıl-ağlar"ın "Plevnespor"u qəbul etdiyi matçda isə 41 min 300 azarkeş iştirak edib.
Beləliklə, “Bursaspor” iki həftə ərzində 3-cü Liqada izləyici rekordunu yeniləyib.
“Bursaspor” fanatları gözəl görüntülər nümayiş etdirərək, klublarının köhnə günlərinə qaytarılmasında aparıcı rol oynayacaqlarını göstəriblər.
_1727679536.jpg)
- Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
- Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə
- "Hədəfimiz kubokda və liqada çempionluqdur" - Murat Dikmen
- Boksçularımız Gimnaziadada mübarizə aparacaqlar
- İbrahimoviç: “Sən ulduz deyilsən, səsini kəs”
0
0