
Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında daha 2 medal qazanıblar.
Apasport.az xəbər verir ki, mükafatlardan biri qızıl, digəri bürünc əyarlı olub.
73 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Elcan Əliyev bütün rəqiblərini üstələyərək, finala yüksəlib. Həlledici qarşılaşmada özbəkistanlı Şodmonov Xudoynazarova da qalib gələn idmançı 1-ci yeri tutub.
Qız taekvondoçular arasında 49 kiloqram çəki dərəcəsində yarışan Nilufer Borji isə bürünc medal uğrunda görüşdə rusiyalı Kseniya Ustinovanı məğlub edərək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
- Ölkəmizi “Paris-2024”də təmsil edəcək paracüdoçular bəlli olub
- Samir Abasov: "Şəhərim mənim motivasiyamdır"
- “İdmançılarımızın Olimpiyadadakı uğurları daim yaddaşlarda qalacaq” -MOK
- Şotlandiya İsveçrə oyununda bərabərlik - YENİLƏNİB
- Yamal bu göstəriciyə görə Avropanın TOP-5 liqasında mövsümün ən yaxşı oyunçusudur