Taekvondoçularımız Özbəkistanda 4 medal qazanıblar
14.08.2024 - 13:17
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.
Apasport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.
Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.
Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.
- Miodraq Bojoviç: "Azarkeşlərin stadiona qayıtdığına görə sevinirik"
- Mahirə 43 dəqiqə bəs etdi: YENİ KOMANDASINDA VOLEYBOL HESABI
- Futbolun əfsanəsi 40 yaşında: Ronaldo üçün yubiley
- FİFA dünya çempionatı ilə bağlı qərarını açıqladı
- Adrian Pit Regekampfın “Neftçi”dən göndərilməsinin səbəbini açıqladı - MÜSAHİBƏ
0
0