Yeniyetmələr arasında dünya çempionatının rəsmi açılışı olub
30.09.2024 - 18:58
![Yeniyetmələr arasında dünya çempionatının rəsmi açılışı olub](https://ww3.apasport.az/storage/news/2024/september/30/big/66fabcb69477866fabcb694779172770834266fabcb69477666fabcb694777.jpeg)
Çunçonda (Koreya) yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Dünya Taekvondosunun prezidenti Çunq-Von Çou açılış nitqi ilə tamaşaçılara müraciət edib.
O qeyd edib ki, dünya çempionatı ölkələr və iştirakçıların sayına görə rekorda imza atacaq. Yarışda 127 ölkədən 960 idmançı iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 18 idmançı yer alıb.
0
0