İyulun 17-də Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, AVF-nin vitse prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək kişi voleybolçulardan ibarət milli komandamızın məşqçilər heyəti və oyunçularla görüşüb.
Apasport.az xəbər verir ki, AVF rəhbərliyi yığmamızın GİN-in Voleybol Mərkəzində baş tutan məşqini izləyib.
Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq. Həmin gün komandamız Avstriya millisinin qonağı olacaq. Növbəti oyun isə bir həftə sonra Bakıda keçiriləcək. Avqustun 24-də millimiz Belçika yığması ilə qarşılaşacaq.
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- “Jelezniçar”ın forvardı: “Rəqibi ətraflı təhlil etmişik”
- AFFA baş məşqçiyə 5 oyunluq cəza verib
- Superliqanın bərpasına 1 gün qalmış: “Qalatasaray”ın “Beşiktaş”dan fərqi
- Taekvondo üzrə dünya çempionatının Təşkilat Komitəsinin iclası keçirilib