AVF rəsmisi Avropa çempionatına təyinat alıb
16.08.2024 - 13:35
![AVF rəsmisi Avropa çempionatına təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/august/16/big/66bf1d3b7a04c66bf1d3b7a04d172380089166bf1d3b7a04a66bf1d3b7a04b.jpg)
Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.
Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.
0
0