Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22.04.2024 - 09:32
![Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq](https://ww3.apasport.az/storage/news/2024/april/22/big/6625f4e7d42496625f4e7d424a17137635596625f4e7d42476625f4e7d4248.jpeg)
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.
Apasport.az xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.
0
0