Azərbaycanlı nümayəndə ÇL oyununa təyinat alıb
01.10.2024 - 09:33
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin II raundunda “Volley Schönenverd” (SUI) və “CSM Corona Brasov” (ROU) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oyun bu gün İsveçrənin Schönenverd şəhərində keçiriləcək.
Görüşün hakimləri niderlandlı Geldof Helena və ispaniyalı Robles Garcia Carlos Alberto olacaq.
- "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
- Mourinyodan ittiham: “Komandaya xəyanət etdi”
- “Qarabağ”ın oyununa görə Bakı metropolitenində iş rejimi gücləndiriləcək
- UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
- Zamiq oynadı, komandası qələbə qazandı
0
0