![“Azərreyl” İspaniya klubu ilə üz-üzə - YENİLƏNİR](https://ww3.apasport.az/storage/news/2023/november/15/big/65546bc10388665546bc103887170003142565546bc10388465546bc103885.png)
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz İspaniyanın “Avarka de Menorka”sı ilə görüşəcək.
Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan çempionu səfərdə üstünlüyünü qorumağa çalışacaq. Mərhələ adlamaq üçün komandamıza 2 setdə qələbə qazanmaq kifayət edəcək.
Qeyd edək ki, “Azərreyl” 1/32 final mərhələsinin “Balta” (Ukrayna) ilə hər 2 görüşünü 3:0 hesabı ilə xeyrinə bitirib.
Çelenc kuboku
1/16 final, cavab oyunu
15 noyabr
23:00. “Avarka de Menorka” (İspaniya) – “Azərreyl” (Azərbaycan)
İlk oyun – 1:3