“Azərreyl” və “Murov Az Terminal” finalda
18.04.2025 - 20:30
“Azərreyl” və “Murov Az Terminal” finalda

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya yekun vurulub.

Apasport.az xəbər verir ki, görüşlər GİN-in Voleybol Mərkəzində keçirilib.

“Xilasedici” “Azərreyl”lə qarşılaşıb. Cütün qalibi qızıl setdə müəyyənləşib. Burda "Azerreyl" daha güclü olub.

“Neftçi” isə “Murov Az Terminal”la üz-üzə gəlib. Görüş ikincilərin üstünlüyü ilə nəticələnib. 

Yüksək Liqa (kişilər)
İkinci oyunlar
18 aprel
15:00. “Xilasedici” - “Azərreyl” - 3:1 (24:26, 25:20, 25:23, 25:22), Qızıl set - 13:15

GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal” - 0:3 (19:25, 18:25, 12:25)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3