Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.
Millimizin oyunlarının təqvimi
11 sentyabr
16:00. Azərbaycan – Belçika
12 sentyabr
12:15. Litva – Azərbaycan
Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.
- Qurban Qurbanov: “Səhvlərimiz oldu” - MÜSAHİBƏ
- Zabit Səmədov yeni döyüş təşkilatı yaratdı - FOTO
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Avropa klubları millimizin üzvü ilə maraqlanır - Özəl
- De Byazi AFFA-ya hesabat verəcək