![Çimərlik voleybolçularımız Türkiyədəki turnirdə iştirak edib - FOTO](https://ww3.apasport.az/storage/news/2023/april/29/big/644d5052b33f2644d5052b33f31682788434644d5052b33ef644d5052b33f1.jpg)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız Sport Beach Turkiye turnirində iştirak ediblər.
Apasport.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.
3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda – B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay – Nərmin Səmədzadə cütlüyü 1-ci, Lizi Latsabidze – Səbinə Əlizadə cütü isə yarışın 3-cüsü olub.
A Liqasında çıxış edən Aytac Bayramlı – Aişə Hüseynova cütü 4-cü yeri tutub. Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyada hazırlıqları davam edir.