"Gəncə" məğlub olub
19.04.2025 - 18:16
"Gəncə" məğlub olub

Qadın voleybolçular arasında Yüksək Liqada medallar uğrunda mübarizəyə bu gün start verilib.

Apasport.az xəbər verir ki, həlledici mərhələnin ilk günündə bir matç keçirilib.

“Gəncə” “Milli Aviasiya Akademiyası” ilk qarşılaşıb.

GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Yüksək Liqa
Üçüncü yer uğrunda matç, birinci oyun
19 aprel
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 1:3 (18:25, 25:23, 18:25, 17:25)

GİN-nin Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında ikinci görüş sabah keçiriləcək.