Voleybol üzrə Avropa Qızıl Liqasında mübarizə aparacaq qadınlardan ibarət Azərbaycan millisinin 2-ci turnirdəki oyunlarının təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, yığmamızın Slovakiyada meydan sahibləri və Monteneqro ilə görüşlərinin hakimləri də müəyyənləşib.
Slovakiyalılarla qarşılaşmada polşalı və yerli ədalət təmsilçisi hakimlik edəcək. İkinci qarşılaşmada isə serbiyalı və polşalı referi iş başında olacaq.
Qeyd edək ki, qadınların Qızıl Liqasının ilk turniri Bakıda baş tutacaq.
Avropa Qızıl Liqası
Qadınlar
II turnir (Slovakiya)
6 iyun
22:00. Azərbaycan – Slovakiya
Hakimlər: Bosko Miliç (Polşa), İqor Şimpl (Slovakiya)
Bratislava. Pasiyenki İdman Sarayı
7 iyun
20:00. Monteneqro – Azərbaycan
Hakimlər: Stanislava Simiç (Serbiya), Bosko Miliç (Polşa)
Bratislava. Pasiyenki İdman Sarayı
- Transferlərə 400 milyon avro
- “Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”
- “Leykers”də Devis müəmması
- "Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib
- I Liqa: “Cəbrayıl”dan böyükhesablı qələbə, “Karvan” itkisiz davam edir - YENİLƏNİB