Meksika millisi baş məşqçisiz qaldı
01.12.2022 - 09:37

Qətərdə keçirilən DÇ-2022-də daha bir baş məşqçi komandasını tərk edib.
Apasport.az saytının məlumatına görə, Xerardo Martino Meksika yığmasının çalışdırıcısı vəzifəsindən ayrılıb.
Müqaviləsi başa çatan mütəxəssis komandada qalmayacağını açıqlayıb. Buna komandanın qrupdan çıxa bilməməsi səbəb olub. Son turun görüşündə Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gələn şimali amerikalılar 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, “Barselona” və Argentinanın sabiq baş məşqçisi 2019-cu ildən Meksikanı çalışdırırdı.
- Cüdoçular arasında Ne-vaza üzrə ACF Kuboku keçirilib
- "Milan"da ciddi narazılıq: Baş məşqçi ilə yollar ayrılır
- Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
- Karateçilərimiz BƏƏ-də 3 medal qazandılar
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
0
0