"Murov Az Terminal"dan yeni transfer
11.09.2025 - 21:06
"Murov Az Terminal"dan yeni transfer

Azərbaycanın "Murov Az Terminal" voleybol klubu rusiyalı voleybolçu Boris Fistyulevlə müqavilə imzaladığını açıqlayıb.

Apasport.az xəbər verir ki, gənc voleybolçu ilə imzalanan müqavilənin şərtləri açıqlanmır.

Daha əvvəl Rusiyalı toppaylayıcı Aleksandr Xaybulov da heyətə cəlb olunub.

Bundan əlavə, bir müddət əvvəl klub yeni mövsümdə komandaya rəhbərlik edəcək baş məşqçi Eldar Yusubovla əməkdaşlığın uzadıldığını açıqlayıb. Bundan əvvəl klub gənclərdən ibarət komandaların bir sıra mütəxəssisləri ilə də müqaviləni uzadıb.