![“Neftçi” qələbə qazanıb](https://ww3.apasport.az/storage/news/2025/january/08/big/677eadce363ef677eadce363f01736355278677eadce363e6677eadce363ee.jpeg)
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun ikinci günündə bir matç keçirilub
“Neftçi” autsayderlərdən biri olan “Gənclər”i sınağa çəkib. Qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. "Gənclər" mövsümdə ilk setlərini qazanıblar. 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar" 3-cü pilləyə yüksəliblər.
Yüksək Liqa (kişilər)
IV tur
8 yanvar
IV tur
16:00. “Neftçi” - “Gənclər”- 3:1 (25:21, 25:20, 19:25, 25:20)
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, turun ilk günündə MOİK “Azərreyl”ə 0:3 (12:25, 10:25, 14:25) hesabı ilə uduzub, “Murov Az Terminal” “Xilasedici”ni darmadağın edib - 3:0 (25:21, 25:19, 25:16).