"Turan" Bolqarıstan klubuna şans tanımadı - YENİLƏNİB
03.11.2026 - 22:44
"Turan" Bolqarıstan klubuna şans tanımadı - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olub.

Matç komandamızın üstünlüyü ilə keçib. Tovuz təmsilçisi 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

Qeyd edək ki, “Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını üstələyib –  3:0, 3:2.