Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu
06.09.2026 - 22:23
Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşma Türkiyə və İtaliya milliləri arasında baş tutub.
Görüş “ay-ulduzlular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə bu nəticə ilə ardıcıl ikinci dəfə Avropa çempionu olub.
"Filenin sultanları" 2023-cü ildə keçirilən son Avropa çempionatının da qalibi olmuşdu.
0
0