Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu
06.09.2026 - 22:23
Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşma Türkiyə və İtaliya milliləri arasında baş tutub.

Görüş “ay-ulduzlular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə bu nəticə ilə ardıcıl ikinci dəfə Avropa çempionu olub. 

"Filenin sultanları" 2023-cü ildə keçirilən son Avropa çempionatının da qalibi olmuşdu.