“Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Şeşko uğrunda mübarizə aparacaq
19.04.2024 - 10:39
"Leypsiq"in hücumçusu Benjamin Şeşko İngiltərə klublarından birinə keçə bilər.
Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçunun transferində bir neçə klub maraqlıdır.
Hücumçu uğrunda “Mançester Yunayted”, həmçinin Londonun “Çelsi” və “Arsenal” klubları mübarizə aparacaq. Şeşkonun "Leypsiq"lə müqaviləsində göstərilən təzminat məbləği 50 milyon avrodur. Futbolçunun yay "transfer pəncərəsi"ndə komanda dəyişməsi ehtimalı yüksəkdir.
Almaniya çempionatının bu mövsümündə Benjamin 26 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Onun üçün mövsüm başa çatdı: Əməliyyat olundu
- Tomas Tuxel: “Birinci hissədən sonra uduzmadığımıza sevinirdik”
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- Mane La Liqa klubuna keçə bilər
- "Yuventus" yayda "Arsenal"ın yarımmüdafiəçisini almaq istəyir
0
0