Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmələr arasında U-14, U-16 və U-18 yaş kateqoriyaları üzrə Azərbaycan birinciliklərinə start verib.
Apasport.az xəbər verir ki, yarışlarda müxtəlif şəhər və rayonlardan olan qız və oğlan komandaları iştirak edirlər.
Oyunlar Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Oğuz, Tovuz, Sumqayıt və digər bölgələrdə keçirilir. Cari mövsümdə ümumilikdə 170 komanda – 110 qız və 60 oğlan kollektivi mübarizə aparacaq.
Reqlamentə uyğun olaraq yarışlar qrup mərhələsi ilə başlayıb pley-off raundları ilə davam edəcək. İlk gündə Bakıda üç yaş kateqoriyası üzrə 15 oyun, bölgələrdə isə 30 qarşılaşma baş tutub.
- Qurban Qurbanov: “Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
- TFF-dən hakimlərlə bağlı tarixi qərar
- Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə uğurlu nəticə
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- "Nyukasl" Premyer Liqa klubunda müdafiəçi tapdı