Messinin komandasından darmadağın - 4:1
06.07.2025 - 10:53

“İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Monreal”la qarşılaşıb.
Qonaqlar rəqibini darmadağın edib - 4:1.
Qolları Messi (2), Allende və Seqoviya vurub.
Qeyd edək ki, “İnter Mayami” 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
0
0