Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisi üçün uğursuz başlayıb.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk 2 turu məğlubiyyətlə başa vurub. Voleybolçularımız Polşa və Estoniyaya uduzub. Hər iki komanda 3:0 hesablı qələbəyə sevinib.
Millimiz növbəti qarşılaşmasında Latviya ilə üz-üzə gələcək. Ardınca rəqibimiz Gürcüstan və Ukrayna yığmaları olacaq.
Qeyd edək ki, yarışın qalibi AVRO-2023-ün final mərhələsinə vəsiqə əldə edəcək.
- Millimiz Dünya Kubokunda gümüş medalla kifayətləndi - FOTOLENT
- Millimizin UEFA İnkişaf Turniri üçün heyəti bəlli olub
- Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”
- Qadın jurnalistdən Qətərdə çəkdiyi videonu silmək tələb olunub
- Apasport”dan üç “ÖDƏNİŞLİ” UDUŞ: Ardıcıl 4-cü HET-TRİK