Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.
Apasport.az xəbər verir ki, ölkə çempionun adına finalın ikinci oyununda aydınlıq gəlib.
Həlledici qarşılaşma Milli Gimnastika Arenasında keçirilib. Ötən mövsümün çempionu “Azərreyl” “Abşeron”la qarşılaşıb.
“Dəmiryolçular” ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağa nail olub. Quru hesabla qalib gələn “Azərreyl” cütün taleyini “Qızıl set”ə daşıyıb. Son hissədə də qalib gələn "dəmiryolçular" qızıl medallara sahib olub.
Yüksək Liqa (qadınlar)
Final, ikinci oyun
15:00. “Azərreyl” - “Abşeron” - 3:0 (28:26, 30:28, 25:22)
Qızıl set: 15:12
- “İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ
- Nicat Abasov növbəti görüşünü keçirib
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- III MDB Oyunları: Azərbaycanın bayraqdarları müəyyənləşib
- “Atalanta” 3 xalı 3 qolla qazandı