Yüksək Liqa: "Xilasedici" "Neftçi" ilə görüşəcək
22.01.2025 - 09:18
![Yüksək Liqa: "Xilasedici" "Neftçi" ilə görüşəcək](https://ww3.apasport.az/storage/news/2025/january/22/big/67907cb182b8c67907cb182b8d173752235367907cb182b8a67907cb182b8b.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VII tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
"Gənclər" MOİK-lə, "Xilasedici" "Neftçi" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək. Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil ediləcək.
Qeyd edək ki, tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” - “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.
0
0