
İspaniyanın "Atletik" klubu 11 il sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bu, La Liqanın 36-cı turunda "Xetafe" ilə matçda dəqiqləşib. "Atletik" həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Bilbao təmsilçisi sona 2 tur qalmış xallarının sayını 67-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb.
Reqlamentə əsasən, La Liqada ilk 5 yeri tutan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.
Qeyd edək ki, "Atletik" hazırda 6-cı yerdəki "Betis"i 8 xal qabaqlayaraq Avropanın ən nüfuzlu turnirinə vəsiqə qazanıb.