110 günlük baş məşqçi
19.10.2022 - 13:31
Almaniya Bundesliqasında növbəti istefa gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, bunu “Şalke”nin mətbuat xidməti açıqlayıb.
Helzenkirhen təmsilçisi baş məşqçi Frank Kramer ilə yollarını ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.
O, 2022-ci ilin iyulunda bu posta təyin olunub. Kramer “Şalke”nin sükanı arxasında 110 gün duruş gətirib.
Qeyd edək ki, Bundesliqanın 10 turundan sonra “Şalke” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb.
- DÇ-2026: Panama - İngiltərə matçının heyətləri açıqlandı
- Pele ilə vida mərasimi başa çatdı
- Bakıda keçirilən Çempionlar Gecəsi ilin ən yaxşı yarışları sırasında yer alıb
- "Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro
- Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
0
0