25 yaşlı futbolçu vəfat edib
06.08.2025 - 16:26
25 yaşlı futbolçu vəfat edib

Ukraynanın "Zorya" komandasının yarımmüdafiəçisi Vlodimir Belotserkovets 25 yaşında dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun ölümünün səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Xarkov "Metallist"inin yetirməsi olan Belotserkovets “Zorya”nın heyətində 11 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.