305 günlük həsrətə “Qalatasaray”da son
24.10.2022 - 13:16
![305 günlük həsrətə “Qalatasaray”da son](https://ww3.apasport.az/storage/news/2022/october/24/big/635656cbc329c635656cbc329d1666602699635656cbc3299635656cbc329b.jpg)
“Qalatasaray”ın futbolçusu Mauro İkardinin qol həsrəti sona çatıb.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Superliqanın XI turunun “Alanyaspor”la qarşılaşmasında (2:2) fərqlənib.
Bu, Mauronun nəinki “Qalatasaray”da, ümumiyyətlə 2022-ci ildə ilk qolu olub. O, sonuncu dəfə 2021-ci il dekabrın 22-də PSJ-nin heyətində qol sevinci yaşayıb. İkardi “Loryan”la matçdan (1:1) sonra 305 günlük həsrətlə üzləşib.
Qeyd edək ki, PSJ-nin “Qalatasaray”a icarəyə verdiyi Mauro 3 oyun keçirib.
0
0