A Seriyası klubunda yeni təyinat - Rəsmi
15.10.2026 - 19:47
A Seriyası klubunda yeni təyinat - Rəsmi

“Venetsiya”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, İtaliya klubu Davide Nikolaya tapşırılıb.

53 yaşlı mütəxəssislə 2027/28 mövsümünün sonunadək müqavilə imzalanıb.

Nikola bir neçə gün əvvəl istefaya göndərilən Covanni Stropanı əvəzləyib.

Qeyd edək ki, “Venetsiya” A Seriyasında turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.