A Seriyasından Premyer Liqaya
29.11.2025 - 17:17
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim braziliyalı futbolçunun çıxışını bəyənir və onun transferini klub rəhbərliyindən istəyib.
“Atalanta” 26 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm A Seriyasında meydana çıxdığı 12 rəsmi qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı bəlli olub
- Premyer Liqa futbolçusu "Qalatasaray" yolunda
- "Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında - FOTO
- Kanteden böyük jest: “Fənərbaxça” üçün maaşının azaldılmasına razılıq verib
- “Beşiktaş” 11-ci dəfə Türkiyə Kubokunu qazandı - YENİLƏNİB
0
0