UEFA Apelyasiya Komitəsi Millətlər Liqasının V turunun Rumıniya - Kosova matçı ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, yarımçıq dayandırılan görüşdə Kosova yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Matçın son dəqiqələrində Kosova futbolçuları tribunalarda "Kosova Serbiyadır" bayrağının qaldırılması və "Serbiya, Serbiya" təzahüratları üzündən meydanı tərk ediblər.
UEFA Millətlər Liqasının Reqlamentinin 25.01 maddəsinə əsas gətirən komitə qonaq komandanı cəzalandırıb. Həmçinin Kosova Futbol Federasiyası 6 min avro cərimələnib.
Qeyd edək ki, bu qərardan sonra Rumıniya qrup mərhələsini 18 xal, Kosova isə 12 xal başa vurub.
- “Sabah” daha bir futbolçu ilə yollarını ayırdı: Rəsmi
- İmad Faraj: "Avrokuboklara 100 faiz gedəcəyik"
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- Güləşçilərimizdən Avropa çempionatında 3 medal - 1 qızıl, 2 bürünc
- “Bayer” məğlub oldu - III Liqa komandası finalda