ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib
08.10.2024 - 10:07
![ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/october/08/big/6704cc1f7b58f6704cc1f7b59017283676476704cc1f7b58d6704cc1f7b58e.jpg)
ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər bəlli olub.
Apasport.az ESPN-ə istinadla xəbər verir ki, "İnter Mayami"nin ulduz hücumçuları Lionel Messi və Luis Suares MLS-də mövsümün oyunçusu mükafatına iddialılar arasındadır.
Tam siyahı 34 namizəddən ibarətdir.
Səsvermə oktyabrın 21-də başa çataxaq.
MLS-in müntəzəm mövsümündə Messi 18 matçda iştirak edib. Argentinalı hücumçu 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Suares də öz növbəsində 26 görüşdə forma geyinib. Uruqvaylı mərkəz hücumçusu 18 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0