Alman vurur, ingilis sevinir - 46 min 380 dollarlıq qazanc
31.07.2022 - 17:45
Futbol proqnozları tarixi qeyri-adi uduşlarla zəngindir.
Apasport.az saytının məlumatına görə, belə hadisələrdən biri DÇ-2014-də yaşanıb.
8 il əvvəl baş tutan Almaniya və Braziliya millilərinin yarımfinaldakı görüşü futbol tarixinə düşüb. “Bundestim”in öz meydanında oynayan cənubi amerikalılara 7:1 hesabı ilə “divan tutması” heç kimin ağlına gəlməzdi.
Amma yalnız bir nəfərdən başqa. Bunu da ingiltərəli fanat edib. O, hesabın 7:1 olacağına, üstəlik qollardan birini Sami Xediranın vuracağına mərc gəlib. 20 dollarından keçən ingilis görüşün sonunda 46 min 380 dollar qazanıb.
- Paralimpiyaçımız: “Məqsədim Vətənə medalla qayıtmaqdır"
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Qurban Qurbanov: “Vacib olan qarşıdakı oyundur”
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Ayxan Abbasov: “Avroliqaya oynamaq üçün geniş heyət lazımdır”
0
0