“Atletiko”nun hücumçusu Julian Alvarez klubdan ayrılmaq istədiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu bu barədə ESPN-ə danışıb.
Alvarez açıqlamasında “Atletiko”dan ayrılmaq istədiyini gizlətməyib:
“Gizlənmək və ya açıq danışmaq istəmirmiş kimi görünmək niyyətində deyiləm. Dürüst insan olmağa çalışıram. “Atletiko” nümayəndələri ilə danışmışam və düşünürəm ki, hamı üçün ən yaxşısı mənim ayrılmağımdır”.
O, karyerası ilə bağlı arzusunu gerçəkləşdirmək istədiyini də vurğulayıb:
“Arzumu həyata keçirmək istəyirəm”.
Qeyd edək ki, Julian Alvarez 2025/26 mövsümündə “Atletiko”nun heyətində 54 oyuna çıxıb, 29 qol vurub və 8 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun adı son aylarda “Barselona” ilə hallanır.