İtaliya A Seriyasında növbəti təxirəsalma
25.04.2025 - 00:30
İtaliya A Seriyasında növbəti təxirəsalma

İtaliya A Seriyasında daha bir matç təxirə salınıb.

Apasport.az xəbər verir ki, XXXIV turun “Atalanta” – “Leççe” oyunu keçirilməyib.

Buna səbəb qonaqların fizioterapevti Qratsiano Fioritanın vəfat etməsi olub. 

Klub işçisi matçdan öncə otağında ölü tapılıb.

Bunu "Leççe"nin mətbuat xidməti açıqlayıb. Görüş aprelin 27-nə təxirə salınıb.

Qeyd edək ki, daha öncə Vatikanın prezidenti Papa Fransiskin vəfatı səbəbindən A Seriyasının XXXIII və XXXIV turları təxirə salınmışdı.