Andrey Lunyov razılıq verdi: RƏSMİ AÇIQLAMA GÖZLƏNİLİR
18.06.2026 - 21:28
Andrey Lunyov razılıq verdi: RƏSMİ AÇIQLAMA GÖZLƏNİLİR

"Dinamo" qapıçısı Andrey Lunyovla müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.

34 yaşlı qolkiperlə yeni sözləşmə 1 illik nəzərdə tutulub. Müqavilədə müddətin uzadılması ilə bağlı opsiya da yer alıb.

Tərəflər arasında razılıq əldə olunub və klubun yaxın vaxtlarda keçidi rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Lunyov 2024-cü ildən "Dinamo"da çıxış edir. O, daha öncə "Qarabağ"ın da şərəfini qoruyub.