“Araz-Naxçıvan”dan ayrıldı, yeni klubu bəlli oldu
19.06.2026 - 14:23
“Araz-Naxçıvan”dan ayrıldı, yeni klubu bəlli oldu

“Araz-Naxçıvan”dan ayrılan Andrey Demçenko yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis Gürcüstanın “İberiya” komandası ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, yüksək liqada mübarizə aparan klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “İberiya” Çempionlar Liqasında “Flora” “ilə qarşılaşacaq. Bu komanda Gürcüstan çempionatının son qalibidir.