Kanadanın buz hokkeyi üzrə milli komandası Qış Olimpiya Oyunları çərçivəsində yerləşmə ilə bağlı diqqətçəkən qərar qəbul edib.
Apasport.az xəbər verir ki, yığma Olimpiya kəndində qalmaqdan imtina edərək beşulduzlu hotelə köçüb.
Komanda bu addımı Oyunlara optimal hazırlıq şəraiti ilə əlaqələndirib. Bildirilib ki, seçim heç bir komandaya və ya təşkilatçılara qarşı hörmətsizlik kimi dəyərləndirilməməlidir. Əsas məqsəd yüksək nəticə əldə etmək və bu yolda idmançılar üçün maksimal komfort təmin etməkdir.
Qeyd edək ki, Kanada komandası hazırda 1 gümüş, 2 bürünc mükafatla XXV Qış Olimpiya Oyunlarının medal sıralamasında 13-cü sırada qərarlaşıb.
- Liderdən qalibiyyət, “Nyukasl”dan gözlənilməz məğlubiyyət
- “Sabah” xal itirdi, “Qəbələ”dən qələbə - YENİLƏNİB
- Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”
- PFL efir qrafikası üzrə pilot layihə həyata keçirəcək
- Vadim Kuramşin: "Bir-iki səhv nəticəyə mənfi təsir göstərdi"