Arda Turan cəzalandırılıb
15.08.2024 - 19:36
Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparan "Eyüpspor"un baş məşqçisi Arda Turan 1 oyunluq cəza alıb.
Apasport.az xəbər verir ki, liqanın ilk turunda "Alanyaspor"la matçda hakimə kəskin etiraz etməsi səbəbilə qırmızı vərəqə alan mütəxəssis növbəti turda komandasının yanında ola bilməyəcək.
Sabiq futbolçu oyun zamanı hakimi təhdid etdiyi üçün PFDK tərəfindən cəzalandırılıb.
Qeyd edək ki, "Alanyaspor" - "Eyüpspor" görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.
- İlin son cüdo turniri Tokioda keçiriləcək
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- Klublar Komitəsinin növbəti iclası keçirilib
- Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar
- Premyer Liqada transfer rekordu vuruldu
0
0